Sentyabrın 17-də Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus və Ukraynadan müvafiq sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak edib.

Tədbirdə o cümlədən AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, “Mikrobioloji biotexnologiya” laboratoriyasının müdiri b.e.d., prof. Könül Baxşəliyeva iştirak ediblər.

Açılış zamanı mikrobioloq alim Pənah Muradov beynəlxalq konfransın əhəmiyyətindən, konfransın qarşısında duran əsas məqsəddən və vəzifələrdən bəhs edib. Alim konfrans iştirakçılarına uğurlar arzu edib.

Konfransda b.e.d., prof. Könül Baxşəliyeva “Azərbaycanın bəzi regionlarında becərilən quru subtropik meyvə bitkilərinin ümumi və fitopatogen mikobiotasının xarakterik xüsusiyyətləri” mövzusunda məruzə edib. B.e.d., prof. Elman İsgəndər “Abşeronda iqlim dəyişmələri şəratində bəzi çəyirdəkli  meyvə bitkilərinin abiotik amillərə qarşı münasibəti” və b.e.d., dos. Samirə Nəcəfova “Экологизация адаптивного землепользования в Азербайджане” mövzusunda onlayn çıxış ediblər.

Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.

Konfransın sonunda prof. Könül Baxşəliyevaya sertifikat təqdim olunmuşdur.

Qeyd edək ki, tədbir öz işini sentyabrın 18-də başa çatdıracaq.