Bu gün AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və institutun əməkdaşları kollektiv adından dəyərli mikrobioloq alim, “Şöhrət” ordenli, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş akademik Məmməd Salmanovun 92 yaşı tamam olması münasibəti ilə evində ziyarət edərək doğum günü münasibəti ilə alimi təbrik edib ən xoş arzularını bildiriblər.