AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Təhsil, İnformasiya və Əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadənin təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə İnstitutun rəhbərliyi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mirobiologiya institutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Alim Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədə gənclərin rolundan, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən, eləcə də qrant layihələrində, elmi tədbirlərdə gənclərin fəal iştirakından bəhs edib. Onların əməyini yüksək dəyərləndirib. Elm Fondu tərəfindən təşkil olunan Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsində institutumuzun əyani doktorantı Aqil Əhmədlinin qalib olduğunu vurguladı. Alim belə gənclərin Azərbaycan elminin gələcək inkişafına öz töhfələrini verəcəklərinə ümidvar oldugunu qeyd edib.
Sonra Pənah Muradov institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə 3 fəal gəncə Aqil Əhmədli, Aytən Bayramova və Fəridə Əliyevaya Fəxri fərman təqdim edib. Gənclər həmçinin pul mükafatı ilə mükafatlandırıldılar.