Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Dendrologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Manaş Kozıbayev Şimali Qazaxıstan Dövlət Universiteti, Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Botanika və Fitointroduksiya İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans  açılışdan sonra öz işini seksiya içlaslarında  davam etdirib.

Seksiya iclasları Mikrobiologiya İnstitutunun Baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, “Bioloji aktiv maddələr” laboratoriyasının müdiri b.e.d., professor Elman İsgəndər və Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., professor Könül Baxşəliyevanın moderatorluğu ilə keçirilib. Seksiya iclaslarında məruzələr dilənilib, müzakirələr aparılıb.

Mikrobiologiya İnstitutunun əməkdaşlarının 8 məruzəsi dinlənilib:

  1. AMEA-nın müxbir üzvü Pənah Muradov, b.e.d., professor Könül Baxşəliyeva “Ekoloji təmiz məhsul istehsalı və qarşıda duran vəzifələr”
  2. b.e.d., dosent Samirə Nəcəfova, b.ü.f.d. Könül Bayram, “Antropogen amillərin boz-qəhvəyi torpaqlarda mikroorqanizm populyasiyalarına təsiri”
  3. b.ü.f.d., dosent İradə Babayeva, b.ü.f.d. Lalə Əliyeva, b.ü.f.d. Vüsalə İsayeva, elmi işci Əsmər Məmmədova ”Nematodların arthrobotrys cinsli göbələklərin yırtıclıq qabiliyyətinə təsiri”
  4. AMEA-nın müxbir üzvü Pənah Muradov, b.e.d., professor Könül Baxşəliyeva, b.ü.f.d., dosent Günel Qasımova, kiçik elmi işçi Ülviyyə Əfəndi “Meyvə və giləmeyvə bitkiləri patogen və epifit mikobipotasinin ümumi xarakteriskasi”
  5. b.e.d., professor Elman İsgəndər, elmi işci Gülnar Məsimzadə “Bəzi çəyirdəkli meyvələr üzərındə rast gəlinən xəstəlik törədicilər”
  6. b.ü.f.d., dosent Günel Qasımova, b.ü.f.d. İlham Əliyev,  b.ü.f.d. İradə Əhmədova” Yonca bitkisi üzərində formalaşan mikobiotanın struktur təşkili və fitopatogen tərkibi”
  7. b.ü.f.d. İlham Əliyev, b.ü.f.d. Şəhla Babayeva, kiçik elmi işçi Fəridə Əliyeva “Becərilən yem bitkilərinin göbələk xəstəlikləri və onların yayılma dərəcəsi”
  8. b.ü.f.d. Səbinə Cəfərzadə “Assessing the implications of Environmental change on Human Health Worldwide” adlı məruzələrlə çıxış ediblər.

Sonda məruzə ilə çıxış edən iştrakçılara sertifikatlar təqdim olunub.