AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda institutun rəhbərliyi şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
Elmi şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov gündəlikdə olan məsələlər haqqında şura üzvlərini məlumatlandırdı.
İlk məsələ Mikrobiologiya İnstitutunun 2025-ci il üçün yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli iş planı, qarşıda duran vəzifə və öhdəliklər,mövcud vəziyyət və cari il üçün prioritetlərinin müəyyənləşdirilməsi ətrafında geniş müzakirələr aparılıb.

Həmçinin cari ildə elmi-tədqiqat proseslərinin müasir tələblərə uyğun yenidən qurulması və gənc kadrların potensialının artırılması istiqamətində strateji planların hazırlanması haqqında müzakirələr aparılıb. Şuranın sədri Pənah Muradov bütün bunlarla bağlı tapşırıq və tövsiyələrini verib.

İclas daha sonra gündəlikdən irəli gələn bir sıra kadr və cari məsələlərin muzakirəsi ilə başa çatıb.