31 mart 2016-cı il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdindəki FD 01.222 Dissertasiya Şurasında Həsənova Arzu Rəsul qızının 2430.01 – “Mikologiya” ixtisasında biologya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Polyporaceae fəsiləsinə aid göbələk növlərinin polisaxarid və oksireduktazaların produsenti kimi potensialının ekolo-fizioloji və biotexnoloji aspektləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü P.Z.Muradov, rəsmi opponentlər isə – b.ü.e.d., prof. X.Q.Qənbərov və b.ü.f.d. S.M.Cəbrayılzadədir.

Dissertasiya işinin avtoreferatı