Mikrobiologiya İnstitutunun  əməkdaşı Avropa Komissiyasının COST fəaliyyəti üzrə simpoziumda  iştirak edib.

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun “Eksperimental mikologiya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəfərzadə Səbinə COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə 2 illik  iclasında iştirak edib.

COST EU təşkilatı tərəfindən Almaniyada  keçirilən (Berlin – Muncheberg, 21 – 23 May) yığıncağında  b.ü.f.d  S.Cəfərzadə  “Dayanıqlı  kənd təsərrüfatı üçün bitki köklərində yaşayan faydalı mikroorqanizmlər” (Beneficial Root -Associated Microorganisms for Sustainable Agriculture) layihəsi çərçivəsində “Arbuskulyar mikorizal göbələklərin ekosistem xidmətlərinin qiymətləndirilməsi: kök sistemləri kontekstində iqtisadi və ekoloji yanaşmaların müqayisəsi” (Evaluating ecosystem services of arbuscular mycorrhizal fungi: Economic vs. Ecological perspectives in root systems) adlı mövzusu  ilə uğurla çıxış edib.

Mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırılıb.