Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq AMEA-nın Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası onlayn davam etdirilir.
Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən təşkil olunur.
İnstitutun I kurs magistrantı Müjgan Məsimi "Mikrobiologiya" ixtisası üzrə "Mikrob mənşəli BAM" fənnindən imtahan verib.
Fənn müəllimi - b.e.d., dosent Könül Baxşəliyeva tərəfindən tələbənin cavabları qiymətləndirilib. Magistrant yüksək nəticə əldə edib.
Növbəti günlərdə yay imtahan sessiyası çərçivəsində hər ixtisaslaşma üzrə daha 2 imtahan keçiriləcək.
© www.science.gov.az