31 may 2021- ci il tarixdə akademik M.Ə.Salmanovun sədirliyi ilə AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya Şurasının növbəti onlayn iclası keçrilib. İclasda Alıyeva Bəsti Nizami qızının 2430.01 -“Mikologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın Cənub bölgəsində yayılan ksilotrof makromisetlərin yeməli növlərinin biotexnoloji potensialı” mövzusunda təqdim etdiyi dissertasiya işi dinlənilib.

Təqdim olunan iş Azərbaycanının cənub bölgəsində, eləcə də ekoloji cəhətdən fərqli olan digər ərazilərində yayılan bazidili göbələklərin ksilotroflara aid yeməli növlərini növ tərkibinə, rastgəlmə tezliyinə, eləcə də təbii şəraitdə əmələ gətirdiyi meyvə cisminin miqdarına, vegetativ mitselisinin biotexnoloji göstəricilərinə görə kompleks şəkildə tətqiq edilməsidir həsr edilmişdir.

Dissertasiya işi gizli və açıq səsvermə yolu ilə şuranın üzvüləri tərəfindən müsbət qiymətləndirilib və Bəsti Alıyevanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması barədə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısıda vəsatət qaıdırılmışdır.