FAO-nun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi "Fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi" layihəsi çərçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə fındıqçılıqda məhsul yığımı, yığım sonrası saxlama, emal və dəyər zənciri, aflatoksinin təsirləri, sağlamlığa və ticarətə təsirləri, nəzarət üsulları müzakirəsilə bağlı tədbir keçirilib.
Tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d., professor Könül Baxşəliyeva və Aytac Əsgərova iştirak ediblər.
Növbəti 2 gün sözü gedən layihə çərçivəsində xarici ekspertlər tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aflatoksinlə (Aspergillus flavus, Aspergillus parasiticus) bağlı laborator analizlərin aparılması üzrə təlimlər keçirilib. Təlimdə fındıq nümunələrində aflatoksinin müəyyən edilməsi metodu praktiki şəkildə nümayiş edilib.
Təlimin məqsədi fındıq məhsullarında çox güclü toksik təsirə malik aflatoksinin səmərəli ölçülmə metodunun öyrənilməsi olub.