Bu gun AzTV-nin "Səhər" verilişində “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimidən müsabiqəyə layihələrini təqdim edən şagirdlərin əl işlərindən ibarət sərgidən görüntülər nümayiş olunub.
Mayin 16-da AMEA-nın Əsas binasında Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən sözügedən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Məlumat üçün bildirək ki, müsabiqə komissiyasına Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Könül Baxşəliyeva sədrlik edib.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.
Qeyd edək ki,müsabiqəyə iştirak üçün 24 məktəbdən 141 əl işi təqdim olunmuşdu.
Ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiz: https://www.youtube.com/watch?v=9p-47dzzRFg