Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov 26-28 sentyabr 2023 tarixlərində Daşkənddə, Özbəkistan Mikrobiologiya Cəmiyyəti, Özbəkistan Respublikası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu və Elm və İnnovasiya üzrə beynəlxalq elmi jurnalının təkilatçılığı ilə “Fundamental və tətbiqi mikrobiologiyanın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Tədbir  Özbəkistan Respublikası Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunub. Tədbirdə 30-dan çox ölkədən nüfuzlu alim və mütəxəsis iştirak edib.

Pənah Muradov konfransın açılış mərasimində çıxış edərək mötəbər tədbir münasibətilə iştirakçıları təbrik edib və konfransın işinə uğurlar arzulayıb. Tədbirin yüksək səviyyədə təşkil edilməsinin olduqca təqdirəlayiq olduğunu və önəmini vurğulayıb.

Alim tədbirdə “Azərbaycanda efir yağlı bitkilərin konsisent komponentlərinin bakterial və funqisid xassələri” mövzusunda plenar məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.

Qeyd edək ki, bu gün işini davam etdirən konfrans 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başlayıb.