İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Açılışdan öncə kitab və heyvan eksponantlarından ibarət sərgiyə baxış keçirilib. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransada alimlərimizlə yanaşı Zoom platforması üzərindən xarici qonaqlar – Türkiyə Fırat Universiteti Su Ürünləri Fakultəsinin professoru, b.e.d. Naim Sağlam, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru, REA müxbir üzvü Nikita Çernetsov, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin professoru, b.e.d. Sergey Utevsky iştirak edib.
Konfransda AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, “Bioloji aktiv maddələr” laboratoriyasının müdüri b.e.d., prof. Elman İsgəndər və “Mikrobioloji biotexnologiya” laboratoriyasının müdüri b.e.d., prof. Könül Baxşəliyeva iştirak ediblər.
Açılış zamanı cıxış edən mikrobioloq alim Pənah Muradov beynəlxalq konfransın əhəmiyyətindən, konfransın qarşısında duran əsas məqsədi olan qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yollarından bəhs edərək bu problemin həllində alimlərin üzərinə düşən vəzifələrdən, birgə fəaliyətin səmərəliliyindən danışıb.Alim konfrans iştirakçılarına uğurlar arzu edib və konfrans çərçivəsində məhsuldar təkliflər və müzakirələr arzu edib.
Qeyd edək ki, tədbir öz işini iyunun 12-də başa çatdıracaq.