Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans ETN Zoologiya İnstitutunda öz işini seksiya iclasları ilə davam etdirib.

Qeyd edək ki, “Quru və su ekosistemlərində baş verən dəyişikliklərin bioloji müxtəlifliyə təsiri” seksiyası Mikrobiologiya İnstitutunun “Mikrobioloji biotexnologiya” laboratoriyasinin müdiri b.e.d., professor Könül BaxşəliyevaZoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının müdiri b.ü.f.d., dosent Təvəkkül İsgəndərovun moderatorluğu ilə keçirilmişdir.

Seksiya iclaslarıında çoxsaylı məruzələr dinlənilib və çıxışlar ətrafında maraqlı müzakirələr aparılıb. İştirakçılar sertifikat və diplomlarla təltif olunublar.