Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov rəhbərliyi ilə müəsissənin tədqiqat qrupu tərəfindən aparılan tədqiqat işi aparılmışdır.

“Bitki tullantılarından səmərəli istifadəyə yeni innovativ yanaşma” adlı bu elmi-tədqiqat işi aparlan tədqiqatların nəticələrinə əsaslanıb və bu tədqiqat əvvəllər hər hansı digər dərəcə və ya nəşr üçün təqdim edilməmişdir.

Tədqiqat Azərbaycanın kənd təsərrüfatı sektorunda bitki tullantılarının kimyəvi tərkibinin tədqiqini və Pleurotus ostreatus MBI-2022 kimi göbələk növlərindən istifadə etməklə biokonversiya yolu ilə faydalı məhsullara çevrilməsini nəzərdə tutur. Tullantıları azaltmaq və ekoloji davamlılığı artırmaq üçün bu biokonversiya prosesinin potensialı da daxil olmaqla, tapıntılar yenidir və sahənin həm nəzəri, həm də tətbiqi aspektlərinin irəliləməsinə töhfə verir.

Bütün məlumat mənbələri, ədəbiyyat və istinadlar müvafiq qaydada göstərilib və təsdiq edilib. Bu tədqiqat Azərbaycan Elm Fondu tərəfindən AEF-MCG-2023-1(43)-303 13/10/3-M-10 qrantı ilə yerinə yetirilmişdir.

Bu tədqiqatla bağlı maraqların toqquşması yoxdur və tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu tərəfindən təmin edilmiş resurslar tərəfindən dəstəklənmişdir.

AR ETN Mikrobiologiya İnstitutunun

Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri

b.e.d., prof. K.F.Baxşaliyeva (əsas müəllif)