Dekabrın 10-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ilinə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konfansı öz işinə başlayıb.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev , respublikanın tanınmış alimləri, ali təhsil müəssisələrinin rəhbərləri,doktorantlar və gənc tədqiqatçılar iştirak edir.
Tədbirdə AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, “Mikrobioloji biotexnologiya” laboratoriyasının müdiri b.e.d., prof. Könül Baxşəliyeva iştirak ediblər. Qeyd edək ki, professor Könül Baxşəliyeva konfransın Elm komitəsində Təbiət elmləri (fizika, kimya, biologiya) bölməsinin sədri seçilib.
Bu konfransın keçirilməsində əsas məqsədi doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanları yaratmaqdır.
Konfrans bütün elm sahələrini əhatə edir. Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük verilib.
Respublika Elmi Konfansı öz işini bölmə iclasları ilə dekabırın 11-dək davam etdirəcək .