Dekabrın 10-da  Sumqayıt Dövlət Universitetində başlayan “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konfransı öz işini bölmə iclasları ilə davam etdirib. İki gün davam edən konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Bölmə iclası AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun laboratoriya müdiri b.e.d., professor Könül Baxşəliyevanın  “Təbiət elmləri” bölməsinə  sədrliyi ilə  həyata keçirilib.

Tədbirdə  müəssisəmizin əyani  doktorantları olan  Rəfiqə Nağıyeva, Süsən Abdullayeva,Gültəkin Ərəbova iştirak edib.

Doktorantlar - Süsən Abdullayeva “Oxçuçay və Araz çaylarının hidrokimyəvi rejimi”,Gültəkin Ərəbova “Abşeron-Xızı iqtisadi-coğrafi rayonu ərazisində becərilən meyvə bağlarının mikobiotası”, Rəfiqə Nağıyeva “Bir sıra efiryağlı bitkilərdə rast gəlinən göbələklərin ikicinsli metabolitləri” mövzusunda məruzə ilə çıxış edib.  

Çıxışlar zamanı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb məruzəçiyə  verilən suallar cavablandırılıb. 

Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Sonda əməkdaşlarımıza sertifikatlar təqdim edilib.