Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 2024-cü ilin qış sessiyasında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantların “Ümumi biologiyanın əsəasları” fənnindən fərq imtahanı keçirilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradovun sədirliyi ilə imtahan komissiyasının üzvlərinin – professorlar Elman İsgəndər və Könül Baxşəliyeva, biologiya üzrə fəlsəfə doktoru İlham Əliyev və “Təhsil, İnformasiya və Əlaqələr Şöbəsi”nin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadənin iştirakı ilə təşkil olunan imtahanda AR ETN Biofizika və Fiziologiya İnsitututların dissertantları imtahan veriblər.
“Ümumi biologiyanın əsasları” fənni üzrə isə iki nəfər imtahan verib. İddiaçılar imtahan biletlərinin suallarını ilk öncə yazılı sonra şifahi izah edib, komissiya üzvlərinin suallarını cavablandırıblar. Cavablar komissiya üzvləri tərəfindən müvafiq ballarla qiymətləndirilmiş və imtahan uğurla başa çatmışdır.