AR Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov "İTV Xəbər"-ə müsahibə verib. İctimai TV 13 iyul xəbərlər buraxlışında dəniz suyunun təmizliyi, dənizə axıdılan suyun necə təmizlənməsi haqqında sujet yayımlanıb. Sujetdə alim “Bakının kanalizasiya suları dənizə necə axıdılır” mövzusunda sualları cavablandıraraq dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə diqqət olunmalı məqamlardan bəhs edib əsas məqamları nəzərə çatdırıb.