Qəhrəmanova Fəridə Xosrov qızı
|
|
Vəzifəsi | Elmi katib |
Anadan olduğu yer | Azərbaycan, Tərtər rayonu |
Təvəllüdü | 17.08.1972 |
Bitirdiyi ali təhsil müəssisəsi | Bakı Dövlət Universiteti |
Elmi dərəcəsi | Biologiya üzrə elmlər doktoru |
Elmi rütbəsi | Professor |
Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu |
2414.01 – Mikrobiologiya Pleurotus ostreatus(Jacq.:Fr)Kumm. göbələyində hidrolitik fermentlərin sintezinin fizioloji-biokimyəvi xüsusiyyətləri |
Doktorluq dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu |
2430.01 – Mikologiya Meşə ekosistemlərinin və onlara bitişik aqrofitosenozların mikobiotasının ksilotrof nümayəndələrinin bioresurs əhəmiyyəti |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı |
133 |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 71 |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 33 |
Kadr hazırlığı: Fəlsəfə doktorları Elmlər doktorları |
Fəlsəfə doktoru - 6 Elmlər doktoru - 0 |
Əsas elmi nailiyyətləri |
Azərbaycanın meşə ekosistemlərində məskunlaşan ksilotrof göbələkləri növ tərkibinə, ekolo-trofik əlaqələrinə və bioresurs kimi istifadəsinin fizioloji-biokimyəvi əsaslarına görə kompleks şəkildə tədqiq etmişdir. Azərbaycan təbiətinə xas mikobiota üçün 10 yeni növ müəyyənləşdirmiş və ksilotrof makromisetlərin oduncaqlaşmış substratlarda məskunlaşmaqları ilə əlaqədar qazandıqları əlamətləri müəyyən etmişdir. Aydın olmuşdur ki, ksilotrof makromisetlər oduncaqlaşmış və tərkibi mürəkkəb polimerlərdən ibarət substratlarda məskunlaşmaqla əlaqədar bir sıra əlamətlər qazanmışlar ki, bu da onların güclü və geniş spektrli ferment sisteminə malik olmaları, eləcə də induktiv yolla sintez olunan fermentlərin bazal səviyyəsinin klassik induktiv fermentlərlə müqayisədə daha yüksək olması ilə təsdiqini tapır. Müəyyən edilmişdir ki, hər il külli miqdarda əmələ gələn liqnosellüloza tərkibli tullantılardan qida və yem təyinatlı müxtəlif məhsulların alınması üçün makromisetlər mikromisetlərlə müqayisədə daha effektlidirlər ki, bu da ozünü substratların konversiya dərəcəsinin daha yüksək olması, zülal və başqa bioloji aktiv maddələrlə daha çox zənginləşməsi ilə biruzə verir ki, bunlarda tullantıların “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə uyğun istifadəsinə imkan verən metodun hazırlanmasına əsas verir. |
Elmi əsərlərinin adları |
1. Гахраманова Ф.Х., Магеррамова С.И// Закономерности распределения мицелиальных грибов и микотоксинов в зерновых. // Иммунопатология, Аллергология, Инфектология, 2009, № 2, c.12-13 . |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1. Mikrobioloqlar Cəmiyyəti 2. Azərbaycan Torpaqşünaslar Cəmiyyəti |
Pedaqoji fəaliyyətiı | AMEA, magistratura, BDU, ADİU |
Təltif və mükafatları | AMEA-nın 60 illiyi ilə əlaqədar Fəxri Fərman, 12 dekabr 2005-ci il |
Əlaqə vasitələri |
Telefon: (+99412) 5024359 Faks: (+99412) 5024470 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |